“Güclü futbolçular bura gəlsələr, yaxşı qarşılanacaqlar” – Ronaldo

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının kifayət qədər populyar olduğunu düşünür.

Komanda.az “SSC Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu çempionatın böyüməyə davam etdiyini bildirib:

“Xoşbəxtəm, çünki bura gəlməyə qərar verəndə heç kim sözlərimə inanmadı. Amma indi fərqi yoxdur. Ən əsası odur ki, liqa böyüməyə davam edir, futbolçular çempionatın ciddi səviyyədə olduğunu gördükləri üçün buraya gəlmək istəyirlər. İndi bütün dünya Səudiyyə Ərəbistanı çempionatının oyunlarını izləyir. Bu əladır. Mən burada oynamağa davam etmək istəyirəm. Güclü futbolçular bura gəlsələr, yaxşı qarşılanacaqlar”. 

38 yaşlı futbolçunun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button