“Bununla bağlı sualların ola biləcəyinə əmin deyiləm”

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 29-cu turunun “Xetafe” ilə oyunundan öncə danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, rəqibin aqressiv oynadığını bildirib:

“Xetafe” aqressiv futbol nümayiş etdirir. Əminəm ki, bizi çətin oyun gözləyir”.

İspaniyalı mütəxəssis daha sonra Erik Qarsiyadan söz açıb:

“O, nominal olaraq, mərkəz müdafiəçisidir. Yaxşı ötürmələrə, sürətə malikdir. Öz mövqeyində peşəkar futbolçudur”.

O, klub rəhbərliyi ilə hər gün danışdığını söyləyib:

“Yeni müqavilə imzalamaq? “Barselona”nın rəhbərliyinə əməyimi qiymətləndirdiyi üçün təşəkkür edirəm. Onlarla hər gün danışırıq.

Bununla bağlı sualların ola biləcəyinə əmin deyiləm. Əvvəl çempionatı qazanmaq, sonra isə müqavilə haqqında danışmaq lazımdır”.

Kataloniya təmsilçisi hazırda İspaniya çempionatının turnir cədvəlində 72 xalla birincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button