“Bunun üçün vaxtımız yoxdur” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 37-ci turunda “Nyukasl”la qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan alman mütəxəssis, Çempionlar Liqasının yarımfinalında “Barselona”ya məğlub olduqları (0:3) oyunu unutmalı olduqlarını deyib:

“Futbolda qazanmaq üçün itirilənləri qəbul etməlisən. Son oyuna ilişib qalmalı deyilik. Bunun üçün vaxtımız yoxdur.

“Barselona” qarşısında yaxşı şeylər etdik. Ancaq indi cavab oyununu fikirləşməli deyilik. “Nyukasl”la vacib görüşümüz var. Bundan sonra artıq “Barselona” ilə oyunu düşünə bilərik”.

“Nyukasl” – “Liverpul” matçı bu gün, saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button