“Bunu edə biləcəyimizə inanmalıyıq” – Poçettino

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 final mərhələsində “Mançester Siti” ilə qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan argentinalı mütəxəssis, oyunla bağlı bunları deyib:

“Ötən həftə çox gözəl qələbə qazandıq. Ancaq hələ mərhələ adladığımızı deyə bilmərəm. Gücümüzü sona qədər göstərməliyik, meydanda döyüşməliyik.

Rəqibimizin nə qədər güclü olduğunu bilirik. “Mançester Siti”ni dayandırmağa çalışacağıq. Bunu edə biləcəyimizə inanmalıyıq”.

“Mançester Siti” – “Tottenhem” matçı bu gün, saat 23:00-da start götürəcək. Komandalar arasında keçirilən ilk oyunda “Tottenhem” minimal hesablı qələbə qazanıb.