“Bu, ədalətsizlikdir” – Luis Suares

Amerika kubokunun 1/4 final mərhələsində Peru millisinə penaltilər seriyasında məğlub olan Uruqvay yığmasının üzvü Luis Suares açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Suares, nəticənin ədalətsiz olduğunu deyib:

“Penalti seriyasında məğlub olduq. Bu, ədalətsizlikdir. Oyunda üstün tərəf biz idik, çoxlu qol imkanlarımız da oldu. Əvvəl də çətin vaxtlarım olurdu. Başımı qaldırıb, irəliyə doğru davam etməliyəm.

Tənqidlərin olması normaldır. Bunlar tək mənə deyil, bütün komandaya aiddir. Daha da inkişaf etməliyik”.

Əsas vaxtı qolsuz bitən oyunda Peru millisi penaltilər seriyasında qalib gəlməklə, yarımfinala vəsiqə əldə edib. Uruqvay yığmasının heyətində Luis Suaresin penaltisini Perunun qapıçısı Pedro Qalese dəf edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button