“Biz labaratoriyadakı siçovul deyilik” – Marko Roys

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Marko Roys Bundesliqanın bərpası ilə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, çempionatın bərpası ilə bağlı bunları deyib:

“Bundesliqa bərpa olunur deyə, vəziyyətin düzəlməsi barədə danışa bilmərik. 55 min insanın çalışdığı sahəni qurtarmağa çalışırıq, amma evdə bizi izləyən azarkeşlər hələ də koronavirusa qalib gəlmədiyimizi bilirlər. Rahatlaşmaq olmaz, həkimlərin və dövlət rəsmilərinin tövsiyələrini dinləməliyik. Yalnız futbolun başlamasının insanların həyatına fərqlilik gətirdiyini gördüyüm zaman xoşbəxt olacam. Azarkeşlər olmadan oynamaq bizi təəssüfləndirir, onlara ehtiyacımız olacaq.

Bundesliqanın bərpasına eksperiment kimi baxılmasını istəmirəm. Biz labaratoriyadakı siçovul deyilik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button