Bundesliqada yanvarın ən yaxşı futbolçusu

Futbol üzrə Almaniya Bundesliqasında yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu, Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halanddı.

Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb. Norveçli hücumçu “Borussiya”ya yanvarın 18-də transfer olunsa da, qısa müddət ərzində bu komandanın heyətində özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb. Belə ki, Almaniya çempionatında 4 oyuna çıxan gənc forvard 7 qola, 1 məhsuldar ötürməyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button