Bundesliqada mövsümün futbolçusu açıqlandı

Futbol üzrə Almaniya Bundesliqasında 2019/20 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Bavariya”nın hücumçusu Robert Levandovski mövsümün futbolçusu elan olunub.

Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə polşalı forvardın bu mövsüm 8 dəfə “ayın futbolçusu” seçildiyi, bu üzdən həm də “mövsümün futbolçusu” elan olunduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, Levandovskinin komandası bu mövsüm vaxtından əvvəl çempion olub, polşalı forvard özü isə bir sıra yeni rekordlara imza atıb. İlk 11 turda hər oyun qol vuran forvard, “Bundesliqada mövsümün startından etibarən ardıcıl hər oyunda ən çox qol vurmaq rekorduna imza atıb. O, bir mövsüm ərzində bütün rəqiblərin qapısına yol tapmaqla da ilkə imza atıb. Polşa yığmasının forvardı bu mövsümün başa çatmasına bir tur qalmış 33 qolla bombardirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button