Bundesliqada baş məşqçi istefası

Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası reallaşıb.

Komanda.az xəbər verir ki, “Hoffenhaym” klubu baş məşqçi Andre Braytenrayterlə yollarını ayırıb.

Buna komandanın uğursuz nəticələri səbəb olub. Hazırda Bundesliqada 14-cü yerdə qərarlaşan komanda 19 oyunda 19 xal toplayıb.

Braytenrayter 2020-ci ilin yayından “Hoffenhaym”ı çalışdırırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button