Bundesliqa klubundan Super Liqa təmsilçisinə

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Türkiyənin gənclərdən ibarət yığmasının üzvü olan Erkan Eyibili transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Almaniyada dünyaya göz açan Erkan, “Maynts”ın yetirməsidir. O, geridə qalan mövsümü icarə əsasında Niderlandın “Qo Ehed İqls” komandasında keçirib. Almaniyanın U-15, U-16, U-17, U-18 və U-19 komandalarında da forma geyinmiş Eyibil, 2020-ci ildən Türkiyənin gənclərdən ibarət yığmasında çıxış edir.