Bundesliqa klubundan 15 milyonluq transfer

Almaniyanın “Verder” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Hannover”dən Niklas Fyullkruqu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı hücumçuyla imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Verder”in yetirməsi olan Fyullkruq, növbəti mövsümdən etibarən komandaya qoşulacaq. Hücumçunun transfer dəyəri 15 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button