Almaniya millisinin sabiq üzvünə vəzifə verildi – “Ştutqart”da

Almaniyanın “Ştutqart” klubunun idman direktoru Mixael Reşke vəzifəsindən göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Reşkenin əvəzinə, idman direktoru vəzifəsinə “Ştutqart”ın sabiq futbolçusu Tomas Hitslşberqer gətirilib.

36 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Hitslşberqer 2005-2010-cu illər aralığında “Ştutqart”da forma geyinib. Sabiq yarımmüdafiəçi 2013-cü ildə “Everton”da futbolçu karyerasını bitirib.

Hitslşberqer 53 dəfə də Almaniya millisinin şərəfini qoruyub.

“Ştutqart” Bundesliqada 21 turdan sonra 15 xalla 16-cı sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button