Buffon “Yuventus”a niyə qayıdıb?

Bu yay PSJ-dən “Yuventus”a keçən Canluici Buffon Fransadan ayrılmasının səbəbini açıqlayıb.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan 41 yaşlı qapıçı, qərarını çox tez verdiyini deyib:

“PSJ-yə gedəndə onların planlarını bəyənmişdim və “yox” deyə bilmədim. Xüsusilə də, maddi cəhətdən rəddedilməz təklifləri var idi. Yeni bir təcrübə yaşamaq istəmişdim.

Oturub düşünürdüm ki, Parisdə ailəmdən uzaqdayam. Öz-özümə “burda nə edirəm” deyə, sual verdim. Daha sonra “Yuventus”dan təklif gəldi və düşünmədən qəbul etdim”.

Buffon “Yuventus”la bir illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button