
“Bu oyun bizim çox da asan olmadı” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Karvan-Yevlax”a qarşı keçirdikləri ev oyunu haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:
“Karvan”a uğurlar arzu edirəm. Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyətdir. Bu oyun bizim çox da asan olmadı.
Bizim üçün heç də asan deyil. Avropada səfərdə oynayanda günümüz yollarda keçir, istədiyimiz məşqi edə bilmirik. Əsas problem bundadır. Hər halda, biz risklərə getmək istəmirik. Futbolçularımızı qorumaq bizim üçün daha vacibdir. Belə oyunlarda məğlub ola bilərik, nəinki oyunçularımızı itirmək. Yavaş-yavaş balanslaşdırmağa çalışırıq, lakin sona gəldikcə zədələrimiz artır. Həm də digər komandalarımız da artıq fərqli oynayır, çempionatımız dəyişib”.
Baş məşqçi, eyni zamanda, həm “Napoli” ilə oyunda Mateus və Yankoviç arasında gərginlik, həm də Çempionlar Liqasında “Ayaks”la növbəti oyun haqda sualı cavablandırıb:
“Futbol emosional oyundur. Belə halların çox şahidi olmuşuq. Hər halda, belə oyunda emosiyalarını qoruyub saxlamalıdılar. Bu mövzuya çox ciddi diqqət ayırmışam.
“Ayaks”ın öz oyun fəlsəfəsi var, neçə oyununa baxmışam. Məni bu düşüncə narahat edə bilər ki, “qalibiyyət bizimdir, son pillədə olan komanda ilə oynayacağıq”. Bu, əslində azarkeşlərimizin bizə inamından irəli gəlir”.
Nəzrin
Bizi Facebook-da izləyin



