“Yuventus”un bizdən qorxduğunu bilirdik” – “Ayaks”ın baş məşqçisi

Çempionlar Liqasının 1/4  final mərhələsinin cavab oyunları çərçivəsində “Yuventus”a 2:1 hesabı ilə qalib gələn “Ayaks”ın baş məşqçisi Erik ten Haq açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis, “qoca sinyora”nın qorxduğunu deyib:

“Məncə, bu, “Ayaks”, futbolçular və Hollandiya futbolu üçün inanılmaz bir gecə oldu. Çempionlar Liqasında favorit göstərilən daha bir komandanı mübarizədəm kənarlaşdırdıq. Bizim fəlsəfəmiz sərhədlərimizi aşmaqdır. Bu gün bunu bacardıq.

Madriddə olanlardan sonra “Yuventus”un bizdən qorxduğunu bilirdik. Texniki cəhətdən istedadlı futbolçularımız var. Buna görə də, bizə təzyiq göstərmək çətindir. Bu matç “Real”la oyunlara bənzəyirdi”.

Hollandiyalı mütəxəssis, növbəti mərhələdəki potensial rəqibləri – “Tottenhem” və “Mançester Siti” haqqında da danışıb:

“Pep Qvardiolanın fəlsəfəsi mənimlə bənzərdir. “Real” və “Yuventus”a qarşı göstərdiyimiz oyunu davam etdirsək, “Tottenhem” və ya “Mançester Siti”ni də mübarizədən uzaqlaşdıra bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button