“Ronaldo mənimlə danışdı və bu, mənim üçün böyük şərəf idi”

“Yuventus”un müdafiəçisi Matteys de Liqt açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu, “qoca sinyora”ya keçidi haqqında danışıb:

“Keçən mövsüm “Ayaks”da çıxış etdim və ilin ən yaxşı gənc futbolçusu seçildim. Mövsümün sonunda gələn təkliflər arasında seçim etmək üçün vaxtım çox idi və klublarla bağlı hər şeyi nəzərə alanda, “Yuventus”un mənim üçün ən yaxşı seçim olduğunu hiss etdim. “Yuventus”dan təklif gələrkən, Kriştiano Ronaldo da mənimlə danışdı və bu, mənim üçün böyük şərəf idi.

İlk dəfə komandanın paltardəyişmə otağına daxil olanda, özümü şirniyyat mağazasındakı uşaq kimi hiss etdim. Əvvəllər hər şey daha çətin idi, “Yuventus”un mənim üçün 75 milyon avro ödəməsi, komandadakı ikinci oyunumda avtoqola imza atmağım üzərimdə təzyiq yaradırdı. Amma vaxt keçdikcə hər şey daha yaxşı oldu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button