Bu, məni xoşbəxt edir – Ağabala Ramazanov

“Səbail” Azərbaycan Premyer Liqasının 16-cı turunda öz meydanında “Zirə”ni qəbul edəcək.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Ağabala Ramazanov, klubun sosial şəbəkə hesabına matçla bağlı fikirlərini bildirib:

“Mənim üçün qol vurmağa davam etmək çox önəmlidir, bu, məni xoşbəxt edir. Amma daha vacibi komandamızın uğurudur. Qarşıda bizi “Zirə”yə qarşı vacib oyun gözləyir və istəyimiz yalnız davamlı olaraq qalib gəlməkdir!”

“Səbail” – “Zirə” görüşü fevralın 10-da, saat 16:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button