“Bu, layiqli məğlubiyyət idi” – Tuxel

“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya Bundesliqasının 18-ci turunda “Verder”ə məğlubiyyəti (0:1) şərh edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəsəssis komandanın futbolçularını tənqid edib:

“Daha yaxşı məşq etdiyimizi demək istəmirəm, çünki artıq heç kim bizə inanmır. Futbolçulardan soruşmaq lazımdır. Bu gün qeyri-sabit oynadıq. 70 dəqiqədən çox idi ki, qalib gəlmək üçün oynayacağımızı hiss etmədim. Son 20 dəqiqədə hiss etdim ki, qələbə qazanmaq istəyirik. İlk hissədə çox statik idik, topu çox itirdik və çoxlu əks-hücumları qaçırdıq. Bu, layiqli məğlubiyyət idi, çünki 20 dəqiqə çox qısadır. “Bayer”in performansını nəzərə alsaq, biz fərqli futbol nümayiş etdirməliyik”.

“Verder”ə məğlubiyyətdən sonra Münhen klubu 41 xalla Bundesliqada ikinci pillədə qalır. “Bayern” lider “Bayer”dən (Leverkuzen) 7 xal geridədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button