“Seltik” ÇL-dən kənarlaşdırıldı – Gecənin qalibləri

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, bir oyundan ibarət olan mərhələnin matçları iki gündə keçirilib.

Türkiyənin “Beşiktaş” klubu ÇL-də mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayıb. “Qara qartallar” bu mərhələdə Yunanıstanın PAOK klubuyla qarşılaşıb. Dörd qolun qeydə alındığı matçdan məğlub ayrılan Türkiyə təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirməli olacaq.

Günün digər matçında səfərdə “Tirana”nı məğlub edən “Srvena Zvezda”, PAOK-la birgə ÇL-in 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan təmsilçisi “Qarabağ” bu mərhələdəki oyununa bu gün çıxıb. İlk turda Şimali Makedoniyanın “Sileks” klubunu mübarizədən kənarlaşdıran “köhlən atlar” bu dəfə Moldova “Şerif”ini məğlub yola salıb.

Bu mərhələnin reytinq baxımından ən güclüsü olan “Seltik” Macarıstanın “Ferentsvaroş” klubunu sınağa çəkib. Doğma meydanda uduzan Şotlandiya nəhəngi ÇL-dən kənarda qalıb. “Alkmaar” isə öz meydanında Çexiya “Viktoriya”sı ilə qarşılaşıb və çətin qələbə sayəsində mərhələ adlayıb.

Rumıniya təmsilçisi ÇFR ilə Zaqreb “Dinamo”sunun dueli də dramatik alınıb. Dörd qolun qeydə alındığı bu matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Xorvatiya çempionu mərhələ adlayan tərəf olub.

“Makkabi” (Təl-Əviv), “Molde”, “Rapid”, “Midtyulland”, “Dinamo” (Brest), “Omoniya”, “Yanq Boyz” da ÇL-də yoluna davam edənlər sırasına qoşulub.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

25 avqust

Tirana (Albaniya) – Srvena Zvezda (Serbiya) 0:1
Qol
: Tomane, 62.

PAOK (Yunanıstan) – Beşiktaş (Türkiyə) 3:1
Qol
: Tzolis, 7; 24. Pelkas, 30 – Larin, 37.

26 avqust

Alkmaar (Niderland) – Viktoriya (Çexiya) 3:1
Qol
: Kupmeyners, 90+5-pen. Qudmundsson, 98; 118 – Limberski, 78.

Qarabağ (Azərbaycan) – Şerif (Moldova) 2:1
Qol
: Matiç, 22-pen. Emreli, 63 – Velez, 78.

Suduva (Litva) – Makkabi (Təl-Əviv, İsrail) 0:3
Qol
: Rikan, 30. Blekman, 73. Davidzada, 90+2.

Çelye (Sloveniya) – Molde (Norveç) 1:2
Qol
: Lotriç, 38 – Hussain, 57. Xames, 74.

Lokomotiv (Zaqreb, Xorvatiya) – Rapid (Vyana, Avstriya) 0:1
Qol
: Kara, 32.

Ludoqorets (Bolqarıstan) – Midtyulland (Danimarka) 0:1
Qol
: Brumado, 78.

Dinamo (Brest, Belarus) – Sarayevo (Bosniya və Herseqovina) 2:1
Qol
: Qordeyçuk, 3. Diallo, 49 – Dokanoviç, 34.

ÇFR (Rumıniya) – Dinamo (Zaqreb, Xorvatiya) 2:2 (penaltilər 5:6)
Qol
: Pereyra, 64. Debelju, 90+3 – Qoyak, 14. Kastrati, 78.

Legiya (Polşa) – Omoniya (Kipr) 0:2
Qol
: Qomes, 92-pen. Santos, 107.

Yanq Boyz (İsveçrə) – Klaksvik (Farer adaları) 3:1
Qol
: Nsame, 51. Süleymani, 57. Nqamaleu, 82 – Yohannesen, 79.

Seltik (Şotlandiya) – Ferentsvaroş (Macarıstan) 1:2
Qol
: Kristi, 53 – Siqer, 7. Nquen, 75.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button