Avroliqada qrup mərhələsinə yekun vuruldu

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu – 6-cı turda 12 qrup üzrə 23 oyun keçirilib.

Yalnız Azərbaycan çempionu “Qarabağ”ın koronavirusa yoluxan futbolçularının çox olması üzündən İspaniyada keçirilməsi planlaşdırılan “Vilyarreal”la matçı ləğv olunub. UEFA yaxın günlərdə bu görüşlə bağlı yekun qərarını açıqlayacaq.

Son oyun günündə 1/16 finala daha 6 vəsiqənin sahibi bəlli olub. Baş tutan qarşılaşmaların ardından “Yanq Boyz”, “Molde”, “Napoli”, “Real Sosyedad”, Təl-Əviv “Makkabi”si və “Volfsberger” yoluna davam edən komandalara qoşulublar.

Qeyd edək ki, bu turadək “Roma”, “Arsenal”, “Slaviya”, “Bayer”, “Benfika”, “Reyncers”, “Qranada”, PSV, “Lester”, “Braqa”, “Lill”, “Milan”, “Vilyarreal”, “Antverpen”, “Tottenhem”, Zaqreb “Dinamo”su, “Hoffenhaym” və “Srvena Zvezda” 1/16 finala vəsiqə qazanıb.

Avropa Liqası, qrup mərhələsi, 6-cı tur

10 dekabr

A qrupu

ÇSKA (Sofiya, Bolqarıstan) – Roma (İtaliya) 3:1
Qol
: Rodriqes, 5. Sove, 34; 55 – Milaneze, 22.

Yanq Boyz (İsveçrə) – ÇFR (Kluj, Rumıniya) 2:1
Qol
: Nsame, 90+4-pen. Qaudino, 90+6 – Debelju, 84.

B qrupu

Dandalk (İrlandiya) – Arsenal (İngiltərə) 2:4
Qol
: Flores, 22. Hoare, 85 – Nketia, 12. Elneni, 18. Uillok, 67. Baloqun, 80.

Rapid (Avstriya) – Molde (Norveç) 2:2
Qol
: Ritzmayer, 43. M.İbrahimoğlu, 90 – Eikrem, 12; 46.

C qrupu

Bayer (Leverkuzen, Almaniya) – Slaviya (Praqa, Çexiya) 4:0
Qol
: Beyli, 8; 32. Diabi, 59. Bellarabi, 90+1.

Hapoel (Beer-Şava, İsrail) – Nitsa (Fransa) 1:0
Qol
: Hatuel, 72.

D qrupu

Standard (Lyej, Belçika) – Benfika (Portuqaliya) 2:2
Qol
: Raskin, 12. Tapsoba, 60 – Everton, 16. Pizzi, 67-pen.

Lex (Polşa) – Reyncers (Şotlandiya) 0:2
Qol
: İtten, 31. Haci, 72.

E qrupu

PSV (Niderland) – Omoniya (Kipr) 4:0
Qol
: Malen, 36. Dumfries, 63-pen. Piroe, 90+1; 90+3.

PAOK (Yunanıstan) – Qranada (İspaniya) 0:0

F qrupu

Napoli (İtaliya) – Real Sosyedad (İspaniya) 1:1
Qol
: Zelinski, 35 – V.Xose, 90+2.

Riyeka (Xorvatiya) – Alkmaar (Niderland) 2:1
Qol
: Menalo, 52. Tomeçak, 90+3 – Vindal, 57.

G qrupu

Braqa (Portuqaliya) – Zarya (Ukrayna) 2:0
Qol
: Hanna, 61-öz qapısına. Horta, 68.

Lester (İngiltərə) – AEK (Yunanıstan) 2:0
Qol
: C.Ünder, 12. Barnes, 14.

H qrupu

Sparta (Praqa, Çexiya) – Milan (İtaliya) 0:1
Qol
: Hauqe, 23.

Seltik (Şotlandiya) – Lill (Fransa) 3:2
Qol
: Julien, 22. Makqreqor, 28-pen. Turnbull, 75 – İkone, 24. Vea, 71.

İ qrupu

Makkabi (Təl-Əviv, İsrail) – Sivasspor (Türkiyə) 1:0
Qol
: Saborit, 66.

J qrupu

Tottenhem (İngiltərə) – Antverpen (Belçika) 2:0
Qol
: Vinisius, 57. Lo Çelso, 71.

00:00 Ludoqorets (Bolqarıstan) – LASK (Avstriya) 1:3
Qol
: Manu, 46 – Vayzinger, 56. Renner, 62-pen. Madsen, 67.

K qrupu

Dinamo (Zaqreb, Xorvatiya) – ÇSKA (Moskva, Rusiya) 3:1
Qol
: Qvardiol, 28. Orsiç, 41. Kastrati, 75 – Bıstroviç, 77.

Volfsberger (Avstriya) – Feyenoord (Niderland) 1:0
Qol
: Yovelyiç, 31.

L qrupu

Hoffenhaym (Almaniya) – Gent (Belçika) 4:1
Qol
: Beyer, 21; 49. Skov, 26. Kramariç, 64 – Fortuna, 81.

Slovan (Liberets, Çexiya) – Srvena Zvezda (Serbiya) 0:0

Bombardir: Yusuf Yazıcı (Lill) – 6 qol.