Avropa Liqası: “Fənərbaxça”dan heç-heçə, “Qalatasaray”dan qələbə

Dünən UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinin ilk turunun oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sı C qrupu çərçivəsində Moskva “Spartak”ının qonağı olub. Oyun Polşa təmsilçisinin qələbəsiylə yekunlaşıb. Mahir bu oyuna start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. Qrupun digər matçı bu gün oynanılacaq. “Lester” (İngiltərə) doğma meydanda “Napoli”ni (İtaliya) sınağa çəkəcək.

Qrup mərhələsinin digər oyunları bu gün keçirilib.

Türkiyənin turnirdəki təmsilçilərindən “Qalatasaray” İtaliya “Latsio”sunu qəbul edib. İstanbul təmsilçisi doğma meydanda minimal hesabla qalib gəlib. “Fənərbaxça” isə Almaniyada “Ayntraxt”ın qonağı olub. Frankfurtda keçirilən oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Avropa Liqası, qrup mərhələsi, 1-ci tur

15 sentyabr

C qrupu

Spartak (Moskva, Rusiya) – Legiya (Polşa) 0:1
Qol
: Kastrati, 90+1.

16 sentyabr

E qrupu

Lokomotiv (Moskva, Rusiya) – Marsel (Fransa) 1:1
Qol
: Anjorin, 89 – C.Ünder, 59-pen.

Qalatasaray (Türkiyə) – Latsio (İtaliya) 1:0
Qol
: Strakoşa, 67-öz qapısına.

F qrupu

Srvena Zvezda (Serbiya) – Braqa (Portuqaliya) 2:1
Qol
: Rodiç, 75. Katai, 85 – Qaleno, 76.

Midtyulland (Danimarka) – Ludoqorets (Bolqarıstan) 1:1
Qol
: İsaksen, 3 – Despodov, 32.

G qrupu

Bayer (Leverkuzen, Almaniya) -Ferentsvaroş (Macarıstan) 2:1
Qol
: Palasios, 37. Virts, 69 – Mae, 8.

Betis (İspaniya) – Seltik (Şotlandiya) 4:3
Qol
: Miranda, 32. Xuanmi, 35; 53. B.İqlesias, 51 – Ayeti, 15. Yuranoviç, 27-pen. Ralston, 87.

H qrupu

Dinamo (Zaqreb, Xorvatiya) – Vest Hem (İngiltərə) 0:2
Qol
: M.Antonio, 22. Rays, 50.

Rapid (Avstriya) – Genk (Belçika) 0:1
Qol
: Onuaçu, 90+2.

A qrupu

Reyncers (Şotlandiya) – Lion (Fransa) 0:2
Qol
: Ekambi, 23. Tavernye, 55-öz qapısına.

Brondbü (Danimarka) – Sparta (Praqa, Çexiya) 0:0

B qrupu

Monako (Fransa) – Şturm (Avstriya) 1:0
Qol
: Diatta, 66.

PSV (Niderland) – Real Sosyedad (İspaniya) 2:2
Qol
: Gotse, 32. Qakpo, 54 – Yanuzay, 34. İsak, 39.

C qrupu

Lester (İngiltərə) – Napoli (İtaliya) 2:2
Qol
: A.Peres, 9. Barnes, 64 – Osimhen, 69; 87.

D qrupu

Ayntraxt (Frankfurt, Almaniya) – Fənərbaxça (Türkiyə) 1:1
Qol
: Lammers, 41 – M.Özil, 10.

Olimpiakos (Yunanıstan) – Antverpen (Belçika) 2:1
Qol
: El Arabi, 52. Ryabçuk, 87 – Samatta, 75.

Bombardir: Viktor Osimhen (“Napoli”), Xuanmi “(“Betis”) – 2 qol.