“Fənərbaxça”dan darmadağın

Futbol üzrə Türkiyə Super Liqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib. Son turlarda uğurlu çıxış edən və 4-cü pilləyə yüksələn “Qaziantep” autsayder “Ərzurumspor”un qonağı olub və xal itkisi ilə üzləşib. “Sivasspor” da “Dənizlispor”la ev oyunundan xal itkisi ilə ayrılıb.

Lider “Qalatasaray” bu dəfə “Antalyaspor”la qarşılaşıb və ev oyununda xal itkisinə üzülüb. Son çempion “Başakşəhər” isə “Alanyaspor”la səfər matçında darmadağınla üzləşib.

Bazar günü “Rizəspor” doğma meydanda “Gənclərbirliyi” ilə heç-heçəyə razılaşıb. Səfərdə “Fatih Karagümrük”lə qarşılaşan “Trabzonspor” çətin qələbəyə sevinib. “Beşiktaş” isə “Kayserispor”la oyundan inamlı qələbə ilə ayrılıb.

“Fənərbaxça” isə “Kasımpaşa”nın qonağı olub. Qonaqlar bu görüşdə darmadağına seviniblər.

Türkiyə Super Liqası, 16-cı tur

2 yanvar

Ərzurumspor – Qaziantep 1:1
Qol
: E.Bassan, 90+5-pen – Miralyas, 69.

Sivasspor – Dənizlispor 2:2
Qol
: Qradel, 26-pen. Fajr, 45+1 – Rodalleqa, 17. Mesanoviç, 90+2.

Ankaragücü – Yeni Malatyaspor 3:1
Qol
: Lukaşik, 4. Peyntsil, 37-pen. Borven, 88 – Ndayişimiye, 76.

Alanyaspor – Başakşəhər 3:0
Qol
: Bareyro, 19. Mubandje, 27. T.Bingöl, 83.

Hatayspor – Konyaspor 2:1
Qol
: Bupendza, 43; 68 – Kravets, 33.

Qalatasaray – Antalyaspor 0:0

3 yanvar

Rizəspor – Gənclərbirliyi 1:1
Qol
: Şkoda, 8 – S.Dikmen, 65.

Fatih Karagümrük – Trabzonspor 1:2
Qol
: Balkoveç, 70 – Nvakaeme, 46. Ekuban, 81.

Kayserispor – Beşiktaş 0:2
Qol
: Nkudu, 89. Hasiç, 90+5.

4 yanvar

Kasımpaşa – Fənərbaxça 0:3
Qol
: Tiam, 14; 45+1. F.Kadıoğlu, 86.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button