“Sivasspor” 3 xalı tək qolla qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Qalatasaray” səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü dörd görüş baş tutub. “Göztəpə” doğma meydanda “Hatayspor”a minimal hesabla uduzub. “Trabzonspor” “Rizəspor”u, “Yeni Malatyaspor” “Kasımpaşa”nı məğlub yola salıb. Ötən tur doğma meydanda gözlənilmədən “Yeni Malatyaspor”a darmadağın olan “Fənərbaxça”, bu dəfə “Qaziantep”in müqavimətini qırmağa çalışıb. Amma İstanbul təmsilçisi bu görüşdən də məğlub ayrılıb.

Bazar günü üç görüş baş tutub. “Gənclərbirliyi” – “Ankaragücü” matçında qalib müəyyənləşməyib. Səfərdə “Dənizlispor”la qarşılaşan lider “Alanyaspor” bu dəfə minimal hesabla məğlub olub. “Beşiktaş” “Ərzurumspor”la ev oyununda darmadağına sevinib.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Antalyaspor” “Kayserispor”la ev oyununda inamlı qələbəyə sevinib. Səfərdə “Konyaspor”la qarşılaşan “Sivasspor” isə minimal hesabla üstün olub.

Türkiyə Super Liqası, 13-cü tur

18 dekabr

Fatih Karagümrük – Qalatasaray 2:1
Qol
: Ndao, 46. M.Erdinc, 90+10 – Mbaye, 90+5-pen.

19 dekabr

Göztəpə – Hatayspor 0:1
Qol
: Diuf, 60-pen.

Trabzonspor – Rizəspor 2:1
Qol
: Ekuban, 53-pen. Djanini, 65 – Şkoda, 36-pen.

Yeni Malatyaspor – Kasımpaşa 2:0
Qol
: A.Büyük, 45+3-pen; 56-pen.

Qaziantep – Fənərbaxça 3:1
Qol
: Vetrih, 10. Maksim, 40-pen. K.Özer, 90+5 – Pelkas, 24.

20 dekabr

Gənclərbirliyi – Ankaragücü 1:1
Qol
: B.Özdemir, 58 – Lobjanidze, 74.

Dənizlispor – Alanyaspor 1:0
Qol
: Rodalleqa, 9.

Beşiktaş – Ərzurumspor 4:0
Qol
: Abubakar, 58-pen; 71. Nkudu, 63. Vida, 70.

21 dekabr

Antalyaspor – Kayserispor 2:0
Qol
: Amilton, 37. Fredi, 40.

Konyaspor – Sivasspor 0:1
Qol
: Fajr, 60.

Bombardir: Vensan Abubakar (Beşiktaş) – 8 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button