“Beşiktaş” “Qalatasaray”ı məğlub yola saldı

Futbol üzrə Türkiyə Super Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Altay” səfərdə “Yeni Malatyaspor”un qonağı olub. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Qaziantep” – “Girəsunspor” matçında qalib müəyyənləşməyib. “Rizəspor” “Kasımpaşa”nı, “Konyaspor” isə “Kayserispor”u məğlub yola salıb. Lider “Trabzonspor” bu turda “Göztəpə” səfərinə yollanıb və minimal hesabla qalib gəlib.

Bazar günü daha dörd oyun keçirilib. “Fatih Karagümrük” – “Hatayspor” və “Sivasspor” – “Adana Dəmirspor” görüşlərində qalib müəyyənləşməyib. Səfərdə “Antalyaspor”la qarşılaşan “Başakşəhər” çətin qələbəyə sevinib.

“Fənərbaxça” doğma meydanda “Alanyaspor”un müqavimətini qırmağa çalışıb. Amma İstanbul təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Son çempion “Beşiktaş” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Üç qolun qeydə alındığı İstanbul derbisi meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası, 10-cu tur

22 oktyabr

Yeni Malatyaspor – Altay 2:1
Qol
: Tette, 57. A.Böyük, 68-pen – Bamba, 84-pen.

23 oktyabr

Rizəspor – Kasımpaşa 2:1
Qol
: C.Sertel, 11. S.Ay, 90+11 – U.Bozok, 62-pen.

Qaziantep – Girəsunspor 1:1
Qol
: A.Peres, 90+2-öz qapısına – Serjinyo, 78.

Konyaspor – Kayserispor 2:0
Qol
: S.Gürler, 8. Hacıahmetoviç, 45+1.

Göztəpə – Trabzonspor 0:1
Qol
: Jervinyo, 56.

24 oktyabr

Fatih Karagümrük – Hatayspor 1:1
Qol
: Peşiç, 38 – El Kaabi, 30.

Antalyaspor – Başakşəhər 1:2
Qol
: Qaça, 90+5 – B.Özcan, 32; 56.

Sivasspor – Adana Dəmirspor 1:1
Qol
: Qradel, 7 – Balotelli, 90+8-pen.

Fənərbaxça – Alanyaspor 1:2
Qol
: S.Dursun, 80 – E.Akbaba, 75. E.Bəkiroğlu, 90+3.

25 oktyabr

Beşiktaş – Qalatasaray 2:1
Qol
: Larin, 39; 64 – Çikaldau, 35.

Bombardir: Anastasios Bakasetas (Trabzonspor) – 7 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button