“Beşiktaş” səfərdən 3 xalla döndü

Futbol üzrə Türkiyə Super Liqasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Kasımpaşa” ilə “Göztəpə” üz-üzə gəlib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Son turda “Alanyaspor”a uduzan “Qalatasaray” bu dəfə “Ərzurumspor” səfərinə yollanıb. İstanbul nəhəngi bu oyundan qalib ayrılıb. Son çempion “Başakşəhər” evdə “Antalyaspor”u darmadağın edib. “Qaziantep” isə “Konyaspor”u məğlub yola salıb.

Bazar günü üç qarşılaşma baş tutub. “Yeni Malatyaspor” doğma meydanda “Gənclərbirliyi”nə, “Alanyaspor” “Fatih Karagümrük”ə qalib gəlib.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. “Fənərbaxça” doğma meydanda əzəli rəqiblərindən olan “Trabzonspor”u sınağa çəkib. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Beşiktaş” səfərdə “Dənizlispor”un müqavimətini çətinliklə qırıb. “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Sivasspor” isə bu tur çərçivəsində “Rizəspor”la qarşılaşıb və doğma meydanda məğlub olub.

Bu tur keçirilməli olan “Ankaragücü” – “Hatayspor” oyunu koronavirusa görə təxirə salınıb.

Türkiyə Super Liqası, 6-cı tur

23 oktyabr

Kasımpaşa – Göztəpə 0:0

24 oktyabr

Qaziantep – Konyaspor 1:0
Qol
: M.Demir, 76.

Başakşəhər – Antalyaspor 5:1
Qol
: Vişça, 11; 23. İ.Kahveçi, 27. Krivelli, 35. Julyano, 84 – Podolski, 14.

Ərzurumspor – Qalatasaray 1:2
Qol
: Novikovas, 45-pen – E.Kılınc, 20. Falkao, 64.

25 oktyabr

Yeni Malatyaspor – Gənclərbirliyi 2:1
Qol
: S.Kaya, 24. K.Kanatsızkuş, 53 – M.Yıldırım, 10.

Alanyaspor – Fatih Karagümrük 2:0
Qol
: Davidson, 8. Babakar, 81.

Fənərbaxça – Trabzonspor 3:1
Qol
: S.Asan, 51-öz qapısına. Valensiya, 55. Sisse, 72 – Afobe, 23.

26 oktyabr

Dənizlispor – Beşiktaş 2:3
Qol
: Mesanoviç, 76. Saçko, 90+4 – Hatçinson, 13. Abubakar, 39-pen. Larin, 48.

Sivasspor – Rizəspor 0:2
Qol
: Fabrisio, 3. Remi, 90+1.

Bombardir: Davidson (Alanyaspor) – 5 qol.