“Fənərbaxça” qalib gəldi, “Trabzonspor” xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub. “Fatih Karagümrük” doğma meydanda “Antalyaspor”u qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb. “Altay” isə “Rizəspor” səfərindən qələbə ilə dönüb. “Sivasspor” da “Yeni Malatyaspor”u minimal hesabla üstələyib.

Lider “Beşiktaş”ın bu turdakı rəqibi “Adana Dəmirspor” olub. İstanbul təmsilçisi 3:0 öndə olduğu bu qarşılaşmanın son yarım saatında buraxdığı qollar nəticəsində 1 xalla kifayətlənib.

Ötən tur “Fənərbaxça”nı məğlub edən “Başakşəhər” bu dəfə “Qaziantep”in müqavimətini qırmağa çalışıb. Lakin İstanbul təmsilçisi bu oyunda minimal hesabla məğlub olub. “Qalatasaray” isə “Kayserispor”la səfər oyununda darmadağına üzülüb. “Göztəpə” də “Hatayspor”la ev oyunundan məğlub ayrılıb.

Sonuncu oyun günündə üç görüş baş tutub. Dörd qolun qeydə alındığı “Konyaspor” – “Trabzonspor” matçında qalib müəyyənləşməyib. “Alanyaspor” “Kasımpaşa” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Fənərbaxça” isə “Girəsunspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi doğma meydanda çətin qələbəyə sevinib.

Türkiyə Super Liqası, 6-cı tur

21 sentyabr

Fatih Karagümrük – Antalyaspor 0:0

Rizəspor – Altay 1:2
Qol
: Bolazi, 90+1 – Byorkander, 44. Bamba, 73.

Beşiktaş – Adana Dəmirspor 3:3
Qol
: Montero, 20. Jozef, 43. R.Yılmaz, 52 – Varqas, 60. Balotelli, 79. Assombalonqa, 90+7.

Yeni Malatyaspor – Sivasspor 0:1
Qol
: Qoutas, 70.

22 sentyabr

Qaziantep – Başakşəhər 1:0
Qol
: M.Dəmir, 1.

Kayserispor – Qalatasaray 3:0
Qol
: Tiam, 39; 53-pen. Bassan, 45.

Göztəpə – Hatayspor 0:2
Qol
: Diuf, 35; 78.

23 sentyabr

Konyaspor – Trabzonspor 2:2
Qol
: E.Çekici, 20; 46 – Kornelius, 1. Hacıahmetoviç, 76.

Alanyaspor – Kasımpaşa 2:0
Qol
: E.Karaca, 54. Davidson, 83.

Fənərbaxça – Girəsunspor 2:1
Qol
: F.Kadioğlu, 2. M.Özil, 64 – Dukara, 85.

Bombardir: Aleksandar Peşiç (“Fatih Karagümrük”) – 5 qol.