Turun son matçında heç-heçə

Bu gün Türkiyə Super Liqasında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında lider “Beşiktaş” son çempion “Başakşəhər”in qonağı olub. “Beşiktaş” bu oyunda qələbə qazanaraq liderliyini möhkəmlətmək, “Başakşəhər” isə 3 xal qazanaraq, aşağı pillələrdən qurtulmaq istəyirdi. Beş qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

“Qalatasaray” isə səfərdə “Kayserispor”un qonağı olub və darmadağına sevinib.

Bazar günü daha dörd qarşılaşma baş tutub. “Ərzurumspor” – “Trabzonspor” matçında hesab açılmayıb. “Ankaragücü” “Göztəpə”ni, “Qaziantep” isə “Dənizlispor”u məğlub yola salıb.

“Fənərbaxça” isə doğma meydanda “Gənclərbirliyi” ilə üz-üzə gəlib. İstanbul təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.

Turun qapanış matçında “Kasımpaşa” doğma meydanda “Konyaspor”la münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Türkiyə Super Liqası, 30-cu tur

12 mart

Başakşəhər – Beşiktaş 2:3
Qol
: D.Türüç, 52. D.Ba, 76 – Larin, 42. Velinton, 68. Jozef, 85.

13 mart

Sivasspor – Fatih Karagümrük 1:0
Qol
: H.Arslan, 45+1.

Rizəspor – Hatayspor 1:0
Qol
: Boldrin, 71.

Alanyaspor – Antalyaspor 4:0
Qol
: Babakar, 28. M.Pektemek, 39. E.Bekiroğlu, 83. C.Gülselam, 90+4

Kayserispor – Qalatasaray 0:3
Qol
: Falkao, 44. Onyekuru, 81; 89.

14 mart

Ankaragücü – Göztəpə 3:0
Qol
: Borven, 28; 61. E.Çekici, 63.

Qaziantep – Dənizlispor 2:0
Qol
: Dikko, 70. M.Demir, 90+5-pen.

Ərzurumspor – Trabzonspor 0:0

Fənərbaxça – Gənclərbirliyi 1:2
Qol
: Novak, 35 – S.Aziz, 40-öz qapısına. Ayite, 63.

15 mart

Kasımpaşa – Konyaspor 1:1
Qol
: Hayradinoviç, 90+6 – Kravets, 90+1.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 18 qol.