“Qəbələ” “Alkmaar”a böyük hesabla uduzdu

Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv 1-ci mərhələdə Niderlandın “Alkmaar” komandayla üz-üzə gəlib. Qəbələ şəhər stadionundakı görüş saat 17:00-da başlayıb. Görüş qonaqların qələbəsiylə yekunlaşıb.

“Qəbələ” UEFA Gənclər Liqasında iştirak üçün 30 futbolçu sifariş edib. Bunlar qapıçılar Məmməd Muradov, Kamil Nəzərli, Həsən Həsənli, müdafiəçilər Xəyal Səmədov, Süleyman Damadayev, Hüseyn Mürsəlov, Samir Ağayev, Rüfət Əhmədov, Nuqay Rəşidov, Murad Musayev, Ülvü Mədətov, İbrahim Ramazanov, İxtiyar Məmiyev, Ravil Qafarov, yarımmüdafiəçilər Gülağa Əsədov, Şahin Şahniyarov, Okan Təhməzli, Rauf Rüstəmli, Rauf Məhərrəmov, Taleh Qarayev, Fuad Əhmədov, Emil Süleymanov, Fərid Kələntərov, Aqil Nəsibov, hücumçular Mehrac Baxşalı, Çiçin Namçi Akande, Emil Səfərov, Elmir Hüseynli, Kənan Baxışov və Sənan Ağalarovdur.

Komandalar arasında cavab oyunu oktyabrın 20-də Niderlandda keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə “Çikzereda” (Rumıniya) – “Anje” (Fransa) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

Gənclər Liqası, 1-ci tur, ilk oyun

29 sentyabr

Qəbələ U-19 – Alkmaar U-19 (Niderland) 0:4 (2-ci hissə)
Qol: N.Koster, 15; 59. L.Şuten, 54. R.Z.Daal, 78.
Baş hakim: Viktor Kopiyevski (Ukrayna)

Qəbələ: 1. Həsən Həsənli, 2. Süleyman Damadayev 3. İbrahim Ramazanov. 5. Xəyal Səmədov, 15. Hüseyn Mürsəlov (k), 7. Emil Səfərov, Rauf Rüstəmli, 10. Gülağa Əsədov, 9. Aqil Nəsibov, 16. Emil Süleymanov, 18. Mehrac Baxşalı
Ehtiyat oyunçular: 12. Kamil Nəzərli, 4. Nuqay Rəşidov, 6. Ülvü Mədətov, 11. Taleh Qarayev, 13. Sənan Ağalarov, Çiçin Namçi Akande, 17. Fərid Kələntərov
Baş məşqçi: Famil Xəlilov

Alkmaar: 1. Sem Vesterveld, 32. Mişa Engel, 5. Dekker, 3. Vouter Qus, 12. Yurre van Aken, 25. Levis Şuten, 8. Nik Tvisk, 11. Miron van Brederode, 10. Fedde de Yonq (k.), 18. Ro-Zanqelo Daal, 17. Nik Koster
Ehtiyat oyunçular: 22. Rome-Yuyden Ovusu-Oduro, 2. Sem Dekkers, 14. Dave Kvakman, 19. Tom Kerssens, 20. Enox Mastoras, 21. Finn Stam, 23. Luk Postma
Baş məşqçi: Yan Sierksma

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button