“Yuventus” uduzdu, “İnter” xal itirdi

Futbol üzrə İtaliya A Seriyasında 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Autsayder “Krotone” “Udineze”ni qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəyə sevinən tərəf olub. “Sampdoriya” “Verona”nı məğlub yola salıbsa, avrokuboklar uğrunda mübarizə aparan “Sassuolo” da “Fiorentina” üzərində inamlı qələbəyə sevinib. Yeddi qolun qeydə alındığı “Kalyari” – “Parma” matçında da meydan sahibləri 3 xala seviniblər.

“Yuventus” bu turda Berqamo səfərində “Atalanta” ilə qarşılaşıb və minimal hesabla uduzub. “Roma” da “Torino” ilə səfər oyunundan əliboş dönüb. “Milan” isə “Cenoa” ilə ev oyununda çətin qələbə qazanıb.

Turun mərkəzi görüşü Neapolda keçirilib. “Napoli” doğma meydanda lider “İnter”i qəbul edib. Komandalar bu oyundan hərəyə 1 xalla ayrılıblar.

İtaliya A Seriyası, 31-ci tur

17 aprel

Krotone – Udineze 1:2
Qol
: Simi, 68-pen – De Paul, 41; 74.

Sampdoriya – Verona 3:1
Qol
: Yankto, 46. Qabbyadini, 73. Torsbi, 82 – Lazoviç, 13.

Sassuolo – Fiorentina 3:1
Qol
: Berardi, 59; 62. M.Lopes, 75 – Bonaventura, 31.

Kalyari – Parma 4:3
Qol
: Pavoletti, 39. Marin, 66. Pereyro, 90+1. Çerrri, 90+4 – Petsella, 5. Kuçka, 31. Man, 59.

18 aprel

Milan – Cenoa 2:1
Qol
: Rebiç, 13. Skamakka, 68-öz qapısına – Destro, 37.

Atalanta – Yuventus 1:0
Qol
: Malinovski, 87.

Bolonya – Spetsiya 4:1
Qol
: Orsolini, 12. Barrou, 18. Svanberq, 54; 60 – İsmayli, 34.

Latsio – Benevento 5:3
Qol
: Depaoli, 10-öz qapısına. İmmobile, 20; 90+6. Korrea, 36. Montipo, 48-öz qapısına – Sau, 45. Viola, 62. Qlik, 85.

Torino – Roma 3:1
Qol
: Sanabriya, 57. Zaza, 71. Rinkon, 90+2 – Mayoral, 3.

Napoli – İnter 1:1
Qol
: Handanoviç, 36-öz qapısına – Eriksen, 55.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 24 qol.