“İnter”dən səfərdə çətin qələbə

Futbol üzrə İtaliya A Seriyasında 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilməli idi. Lakin turun açılış matçı – “Latsio” – “Torino” görüşü baş tutmayıb.

Ötən tur səfərdə “Verona” ilə qollu bərabərə qalan “Yuventus” bu dəfə “Spetsiya”nı qəbul edib. Turin təmsilçisi doğma meydanda 3 cavabsız qola sevinib.

Altı qolun qeydə alındığı “Sassuolo” – “Napoli” matçında qalib müəyyənləşməyib. “Cenoa” – “Sampdoriya” görüşü də heç-heçə bitib.

“Kalyari” “Bolonya”nı məğlub yola salıbsa, “Atalanta” “Krotone” üzərində darmadağına sevinib.

“Roma” səfərdə “Fiorentina”ya qalib gəlib. “Verona” isə “Benevento”nu səfərdə üç cavabsız qolla üstələyib.

“Milan” doğma meydanda “Udineze” ilə üz-üzə gəlib və xal itkisi ilə üzləşib.

Lider “İnter” bu tur çərçivəsində “Parma” səfərinə yollanıb və növbəti qələbəsini rəsmiləşdirib.

İtaliya A Seriyası, 25-ci tur

2 mart

Latsio – Torino matçı baş tutmayıb

Yuventus – Spetsiya 3:0
Qol
: Morata, 62. Kyeza, 71. Ronaldo, 89.

3 mart

Sassuolo – Napoli 3:3
Qol
: Maksimoviç, 34-öz qapısına. Berardi, 45+1-pen. Kaputo, 90+5-pen – Zelinski, 38. Di Lorenso, 72. İnsinye, 90-pen.

Benevento – Verona 0:3
Qol
: Faraoni, 25. Fulon, 34-öz qapısına. Lasanya, 50.

Milan – Udineze 1:1
Qol
: Kessye, 90+7-pen – Bekan, 68.

Cenoa – Sampdoriya 1:1
Qol
: Zappakosta, 52 – Tonelli, 77.

Fiorentina – Roma 1:2
Qol
: Spinatsola, 60-öz qapısına – Spinatsola, 49. Diavara, 90.

Atalanta – Krotone 5:1
Qol
: Qosens, 12. Palomino, 48. Muriel, 50. İliçiç, 58. Mirançuk, 85 – Simi, 23.

Kalyari – Bolonya 1:0
Qol
: Ruqani, 19.

4 mart

Parma – İnter 1:2
Qol
: Hernani, 71 – A.Sançes, 54; 62.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 20 qol.