“İnter” darmadağına sevindi, “Roma” “Milan”a uduzdu

Futbol üzrə İtaliya A Seriyasında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Açılış matçında “Spetsiya” “Parma”nı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Çempionlar Liqasının 1/8 finalında “Bavariya”ya uduzan “Latsio”nun çempionatdakı rəqibi “Bolonya” olub. Paytaxt klubu bu görüşdən də məğlub ayrılıb. Son çempion “Yuventus” isə bu turda “Verona” ilə qarşılaşıb. Turin təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.

Ötən tur “Milan”ı darmadağın edən lider “İnter” bu dəfə “Cenoa”nı sınağa çəkib və yenə böyük hesabla qələbə qazanıb. Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. “Milan” burada “Roma”nın qonağı olub və səfərdə 3 xala sevinib.

Bu tur keçirilməli olan “Torino” – “Sassuolo” matçı meydan sahiblərinin bir neçə üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınıb.

İtaliya A Seriyası, 24-cü tur

27 fevral

Spetsiya – Parma 2:2
Qol
: Qrasi, 52; 72 – Karamo, 17. Hernani, 25.

Bolonya – Latsio 2:0
Qol
: Mbaye, 19. Sansone, 64.

Verona – Yuventus 1:1
Qol
: Barak, 77 – Ronaldo, 49.

28 fevral

Sampdoriya – Atalanta 0:2
Qol
: Malinovski, 40. Qosens, 70.

Krotone – Kalyari 0:2
Qol
: Pavoletti, 56. J.Pedro, 60-pen.

İnter – Cenoa 3:0
Qol
: Lukaku, 1. Darmian, 69. A.Sançes, 77.

Udineze – Fiorentina 1:0
Qol
: Nestorovski, 86.

Napoli – Benevento 2:0
Qol
: Mertens, 34. Politano, 66.

Roma – Milan 1:2
Qol
: Veretu, 50 – Kessye, 43-pen. Rebiç, 58.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 19 qol.