“Milan” “Napoli”yə evdə uduzdu

Futbol üzrə İtaliya A Seriyasında 18-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Latsio” “Cenoa”nı, “İnter” isə “Salernitana”nı sınağa çəkib. Romadakı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər. Son çempion “İnter” də səfərdə 5 cavabsız qolla qalib gəlib.

“Yuventus” bu turda “Bolonya” səfərinə yollanıb və inamlı qələbə qazanıb. Joze Mourinyolu “Roma” isə Berqamoda “Atalanta”nı böyük hesabla məğlub edib. “Udineze” də “Kalyari” ilə səfər matçında 4 cavabsız qolla qalib gəlib.

Sonuncu oyun günündə altı qarşılaşma baş tutub. “Fiorentina” – “Sassuolo”, “Spetsiya” – “Empoli” və “Sampdoriya” – “Venetsiya” matçlarında qalib müəyyənləşməyib. “Torino” “Verona”nı məğlub yola salıb. Turun mərkəzi görüşündə “Milan” “Napoli” ilə üz-üzə gəlib. Bu görüşdə isə qonaqlar minimal hesabla üstün olublar.

İtaliya A Seriyası, 18-ci tur

17 dekabr

Latsio – Cenoa 3:1
Qol
: Pedro, 36. Açerbi, 75. Zakkayni, 81 – Meleqoni, 86.

Salernitana – İnter 0:5
Qol
: Perişiç, 11. Dumfris, 33. A.Sançes, 52. L.Martines, 77. Qalyardini, 87.

18 dekabr

Atalanta – Roma 1:4
Qol
: Kristante, 45+1-öz qapısına – Abraham, 1; 82. Zaniolo, 27. Smollinq, 72.

Bolonya – Yuventus 0:2
Qol
: Morata, 6. Kuadrado, 69.

Kalyari – Udineze 0:4
Qol
: Makenqo, 4. Deulofeu, 45; 69. Molina, 50.

19 dekabr

Fiorentina – Sassuolo 2:2
Qol
: Vlahoviç, 51. Torreyra, 61 – Skamakka, 32. Frattezi, 37.

Spetsiya – Empoli 1:1
Qol
: Markizza, 50-öz qapısına – Nikolayu, 71-öz qapısına.

Sampdoriya – Venetsiya 1:1
Qol
: Qabbyadini, 1 – Henri, 87.

Torino – Verona 1:0
Qol
: Pobeqa, 26.

Milan – Napoli 0:1
Qol
: Elmas, 5.

Bombardir: Duşan Vlahoviç (“Fiorentina”) – 15 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button