“Milan” səfərdə, “Yuventus” evdə qələbə qazandı

Futbol üzrə İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, açılış matçında “İnter” autsayder “Krotone”ni qəbul edib və darmadağınla yola salıb. “Roma” “Sampdoriya”nı, “Napoli” isə “Kalyari”ni məğlub edib.

Lider “Milan” bu tur çərçivəsində səfərdə “Benevento”nun qonağı olub və inamlı qələbə sayəsində mövqeyini qoruyub. “Yuventus” isə doğma meydanda “Udineze”ni sınağa çəkib. Turin təmsilçisi darmadağına sevinib.

İtaliya A Seriyası, 15-ci tur

3 yanvar

İnter – Krotone 6:2
Qol
: L.Martines, 20; 57; 78. Marrone, 31-öz qapısına. Lukaku, 64. Hakimi, 87 – Zanellato, 12. Qolemiç, 36-pen.

Parma – Torino 0:3
Qol
: Sinqo, 8. İzzo, 88. Qoyak, 90+5.

Spetsiya – Verona 0:1
Qol
: Zakkayni, 75.

Cenoa – Latsio 1:1
Qol
: Destro, 58 – İmmobile, 15-pen.

Fiorentina – Bolonya 0:0

Kalyari – Napoli 1:4
Qol
: J.Pedro, 60 – Zelinski, 25; 62. Lozano, 74. İnsinye, 86-pen.

Atalanta – Sassuolo 5:1
Qol
: Sapata, 11; 49. Pessina, 45. Qosens, 57. Muriel, 68 – Kirikeş, 75.

Roma – Sampdoriya 1:0
Qol
: Dzeko, 72.

Benevento – Milan 0:2
Qol
: Kessye, 15-pen. Leao, 49.

Yuventus – Udineze 4:1
Qol
: Ronaldo, 31; 70. Kyeza, 49. Dibala, 90+3 – Zegelar, 90.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 14 qol.