“İnter” səfərdə, “Milan” evdə qələbə qazandı

Futbol üzrə İtaliya A Seriyasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Açılış matçında autsayder “Krotone” doğma meydanda “Parma”nı qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbəyə seviniblər. Andrea Pirlonun rəhbərlik etdiyi “Yuventus” isə “Fiorentina” ilə üz-üzə gəlib. Turin klubu doğma meydanda darmadağına üzülüb.

“Napoli” bu turda “Torino”nu qəbul edib və xal itkisi ilə üzləşib. “İnter” “Verona” ilə səfər oyunundan qalib ayrılıbsa, lider “Milan” da “Latsio” ilə qarşılaşmada çətin qələbəyə sevinib.

İtaliya A Seriyası, 14-cü tur

22 dekabr

Krotone – Parma 2:1
Qol
: Messias, 24; 44 – Kuçka, 57.

Yuventus – Fiorentina 0:3
Qol
: Vlahoviç, 3. A.Sandro, 76-öz qapısına. Kaseres, 81.

23 dekabr

Verona – İnter 1:2
Qol
: İliç, 63 – L.Martines, 52. Şkrinyar, 69.

Udineze – Benevento 0:2
Qol
: Kaprari, 9. Letisia, 77.

Spetsiya – Cenoa 1:2
Qol
: Nzola, 10 – Destro, 16. Krişito, 73-pen.

Sampdoriya – Sassuolo 2:3
Qol
: Kvalyarella, 55. Keyta, 84 – Traore, 2. Kaputo, 56. Berardi, 58.

Roma – Kalyari 3:2
Qol
: Veretu, 11. Dzeko, 71. Mançini, 77 – J.Pedro, 59; 90-pen.

Napoli – Torino 1:1
Qol
: İnsinye, 90 – İzzo, 56.

Milan – Latsio 3:2
Qol
: Rebiç, 10. H.Çalhanoğlu, 17-pen. T.Hernandes, 90+2 – L.Alberto, 28. İmmobile, 59.

Bolonya – Atalanta 2:2
Qol
: Tomiyasu, 73. Paz, 82 – L.Muriel, 22-pen; 23.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 12 qol.