“Napoli”dən darmadağın

Futbol üzrə İtaliya A Seriyasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. “Spetsiya” “Cenoa”nı qəbul edib. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar. Autsayder “Salernitana” isə “Venetsiya” səfərindən qələbə ilə qayıdıb. “Milan”ın bu turdakı rəqibi “Torino” olub. Uğurlu mövsüm keçirən bu komanda doğma meydanda növbəti qələbəsini rəsmiləşdirib.

“Udineze” – “Verona” matçında qalib müəyyənləşməyib. “Atalanta” səfərdə “Sampdoriya”nı, “Roma” isə “Kalyari”ni məğlub edib. “Latsio” da “Fiorentina”nı məğlub yola salıb.

“İnter” bu turda “Empoli”nin qonağı olub və inamlı qələbəyə sevinib. “Yuventus” isə “Sassuolo” ilə ev oyununda gözlənilməz məğlubiyyətlə üzləşib.

Turun son matçında lider “Napoli” doğma meydanda “Bolonya” ilə qarşılaşıb və darmadağına sevinib.

İtaliya A Seriyası, 10-cu tur

26 oktyabr

Spetsiya – Cenoa 1:1
Qol
: Siriqu, 66-öz qapısına – Krişito, 86.

Venetsiya – Salernitana 1:2
Qol
: Aramu, 14 – Bonatsoli, 61. Skyavone, 90+5.

Milan – Torino 1:0
Qol
: Jiru, 14.

27 oktyabr

Udineze – Verona 1:1
Qol
: Saksess, 3 – Barak, 83-pen.

Yuventus – Sassuolo 1:2
Qol
: Makkenni, 76 – Frattesi, 44. M.Lopes, 90+5.

Sampdoriya – Atalanta 1:3
Qol
: Kaputo, 10 – Askildsen, 17-öz qapısına. Sapata, 21. İliçiç, 90+5.

Empoli – İnter 0:2
Qol
: D’Ambrozio, 34. Dimarko, 66.

Kalyari – Roma 1:2
Qol
: Pavoletti, 52 – İbanes, 71. Pelleqrini, 78.

Latsio – Fiorentina 1:0
Qol
: Pedro, 52.

28 oktyabr

Napoli – Bolonya 3:0
Qol
: F.Ruis, 18. İnsinye, 41; 62.

Bombardir: Çiro İmmobile (Latsio) – 8 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button