“Barselona”ya 1 qol bəs etdi

İspaniya La Liqasında 20-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Autsayder “Leqanes” “Xetafe”ni qəbul edib. Qonaqlar bu görüşdə darmadağına seviniblər.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Levante” evdə “Alaves”ə minimla hesabla uduzub. “Osasuna” – “Valyadolid” matçında qapılara qol vurulmayıb.

Turun mərkəzi görüşü Madriddə keçirilib. “Real” doğma azarkeşləri qarşısında “Sevilya” ilə münasibətlərinə aydınlıq gətirib. Madrid təmsilçisi bu görüşdən Kazemironun dublu sayəsində qalib ayrılıb. Paytaxtın digər təmsilçisi “Atletiko” isə səfərdə “Eybar”ın qonağı olub və 2 cavabsız qolla məğlub olub.

Baş məşqçi postuna Kike Setyeni gətirən “Barselona” bu turda “Qranada”nı sınağa çəkib və minimal hesabla qalib gəlib. “Valensiya” səfərdə “Malyorka”ya böyük hesabla uduzub. “Vilyarreal” isə “Espanyol”la ev oyununda xalsız qalıb. “Real Sosyedad” da “Betis”ə böyük hesabla məğlub olub.

İspaniya La Liqası, 20-ci tur

17 yanvar

Leqanes – Xetafe 0:3
Qol
: Kabrera, 12. Nyom, 21. Mata, 33.

18 yanvar

Levante – Alaves 0:1
Qol
: Vidal, 64.

Real – Sevilya 2:1
Qol
: Kazemiro, 57; 69 – De Yonq, 64.

Osasuna – Valyadolid 0:0

Eybar – Atletiko 2:0
Qol
: Burqos, 10. Espozito, 90.

19 yanvar

Malyorka – Valensiya 4:1
Qol
: Railyo, 7. Budimir, 22; 41. D.Rodriqes, 79 – Torres, 82.

Betis – Real Sosyedad 3:0
Qol
: B.İqlesias, 27. Xoakin, 44. Kanales, 90+5.

Vilyarreal – Espanyol 1:2
Qol
: S.Kasorla, 62-pen – D.Lopes, 5. De Tomas, 47.

Atletik – Selta 1:1
Qol
: R.Qarsiya, 76-pen – Rafinya, 56.

Barselona – Qranada 1:0
Qol
: Messi, 76.

Bombardir: Lionel Messi (Barselona) – 14 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button