“Liverpul”la “Tottenhem” xal itirdi, “Arsenal” yenə uduzdu

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Lids” “Vest Hem”i qəbul edib. Üç qolun qeydə alındığı matçda qələbəni qonaqlar bayram ediblər.

“Çelsi” bu turda son həftələrdə qələbə qazana bilməyən “Everton”la qarşılaşıb. “Zadəganlar” bu oyundan minimal hesabla məğlub ayrılıblar. “Vulverhempton” da evdə “Aston Villa”ya oxşar hesabla uduzub. Üç qolun qeydə alındığı “Nyukasl” – “Vest Bromviç” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. “Mançester Yunayted” doğma meydanda “Mançester Siti”ni qəbul edib. Derbidə qapılara qol vurulmayıb.

Sonuncu oyun günündə beş qarşılaşma baş tutub. Lider “Tottenhem” “Kristal Pelas”la səfər oyununda xal itirib. Son çempion “Liverpul” da “Fulhem”lə səfər matçından 1 xalla ayrılıb. Son dövrlər uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Arsenal” isə bu dəfə “Bernli”ylə ev oyunundan məğlub ayrılıb. “Sauthempton” “Şeffild Yunayted”i, “Lester” də “Brayton”u darmadağınla məğlub edib.

İngiltərə Premyer Liqası, 12-ci tur

11 dekabr

Lids – Vest Hem 1:2
Qol
: Klix, 6-pen – Souçek, 25. Oqbonna, 80.

12 dekabr

Vulverhempton – Aston Villa 0:1
Qol
: El-Qazi, 90+4-pen.

Nyukasl – Vest Bromviç 2:1
Qol
: Almiron, 1. Qayle, 82 – Furlonq, 50.

Mançester Yunayted – Mançester Siti 0:0

Everton – Çelsi 1:0
Qol
: Siqurdsson, 22-pen.

13 dekabr

Sauthempton – Şeffild Yunayted 3:0
Qol
: Adams, 34. Artmstronq, 62. Redmond, 83.

Kristal Pelas – Tottenhem 1:1
Qol
: Şlupp, 81 – Keyn, 23.

Fulhem – Liverpul 1:1
Qol
: Reyd, 25 – Salah, 79-pen.

Arsenal – Bernli 0:1
Qol
: Obameyanq, 73-öz qapısına.

Lester – Brayton 3:0
Qol
: Meddison, 27; 44. Vardi, 41.

Bombardir: Dominik Kalvert-Lyuin (Everton) – 11 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button