“Lester” autsayderə uduzdu

Futbol üzrə İngiltərə Premyer Liqasında 10-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Kristal Pelas” doğma meydanda “Nyukasl”ı qəbul edib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Çempionlar Liqasında “Atalanta”ya (İtaliya) məğlub olan “Liverpul” bu turda “Brayton”la qarşılaşıb və xal itkisi ilə üzləşib. “Mançester Siti” isə “Bernli”ni 5 cavabsız qolla məğlub edib. “Everton” evdə “Lids”ə minimal hesabla uduzubsa, “Vest Bromviç” də “Şeffild Yunayted”i oxşar hesabla məğlub yola salıb.

Bazar günü səfərdə “Sauthempton”la qarşılaşan “Mançester Yunayted” əzmkar qələbəyə sevinib. “Arsenal” “Vulverhempton”u qəbul edib. London təmsilçisi doğma meydanda məğlubiyyətlə üzləşib. Turun mərkəzi görüşü də Londonda keçirilib. Frenk Lempardın rəhbərlik etdiyi “Çelsi” doğma meydanda Joze Mourinyonun çalışdırdığı “Tottenhem”lə üz-üzə gəlib. Paytaxt klublarının duelində qol qeydə alınmayıb.

Sonuncu oyun günündə “Lester” doğma meydanda autsayderlər qrupunda qərarlaşmış “Fulhem”ə uduzub. “Vest Hem” isə “Aston Villa” ilə ev oyunundan qalib ayrılıb.

İngiltərə Premyer Liqası, 10-cu tur

27 noyabr

Kristal Pelas – Nyukasl 0:2
Qol
: Uilson, 88. Joelinton, 90.

28 noyabr

Brayton – Liverpul 1:1
Qol
: Qross, 90+3-pen – Jota, 60.

Mançester Siti – Bernli 5:0
Qol
: Mahrez, 6; 22; 41; 69. Torres, 66.

Everton – Lids 0:1
Qol
: Rafinya, 79.

Vest Bromviç – Şeffild Yunayted 1:0
Qol
: Qallaxer, 13.

29 noyabr

Sauthempton – Mançester Yunayted 2:3
Qol
: Bednarek, 23. Uord-Prouz, 33 – B.Fernandes, 59. Kavani, 74; 90+2.

Çelsi – Tottenhem 0:0

Arsenal – Vulverhempton 1:2
Qol
: Qabriel, 30 – Neto, 27. Podense, 42.

30 noyabr

Lester – Fulhem 1:2
Qol
: Barnes, 86 – Lukman, 30. Kavalyero, 38-pen.

Vest Hem – Aston Villa 2:1
Qol
: Oqbonna, 2. Bouen, 46 – Qriliş, 25.

Bombardir: Dominik Kalvert-Lyuin (Everton) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button