“Liverpul” səfərdən xalsız döndü

Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Turun açılış matçında “Everton” doğma meydanda “Vest Hem”i qəbul edib. Qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb. “Mançester Yunayted” isə mövsümün uğurlu komandalarından olan “Aston Villa”nı sınağa çəkib və çətin qələbəyə sevinib.

Şənbə günü “Tottenhem” evdə “Lids”i darmadağın edibsə, “Kristal Pelas” da “Şeffild Yunayted” üzərində inamlı qələbəyə sevinib. Altı qolun qeydə alındığı “Brayton” – “Vulverhempton” görüşündə qalib müəyyənləşməyib. Səfərdə “Vest Bromviç”lə qarşılaşan “Arsenal” da turu darmadağınla başa vurub.

Turun mərkəzi görüşü Londonda keçirilib. Frenk Lempardın rəhbərlik etdiyi “Çelsi” doğma meydanda “Mançester Siti” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı oyunda qələbəni qonaqlar bayram ediblər. “Lester Siti” isə səfərdə “Nyukasl”dan üstün olub.

Turnir cədvəlinin lideri “Liverpul” bu tur çərçivəsində səfərdə “Sauthempton”la qarşılaşıb və minimal hesabla məğlub olub.

İngiltərə Premyer Liqası, 17-ci tur

1 yanvar

Everton – Vest Hem 0:1
Qol
: Souçek, 86.

Mançester Yunayted – Aston Villa 2:1
Qol
: Marsyal, 40. B.Fernandes, 61-pen – Traore, 58.

2 yanvar

Tottenhem – Lids 3:0
Qol
: Keyn, 29. Son, 43. Alderveyreld, 50.

Kristal Pelas – Şeffild Yunayted 2:0
Qol
: Şlupp, 4. Eze, 45+6.

Brayton – Vulverhempton 3:3
Qol
: Konnolli, 13. Maupay, 46-pen. Dank, 70 – Saiss, 19. Börn, 34-öz qapısına. Neves, 44-pen.

Vest Bromviç – Arsenal 0:4
Qol
: Tirni, 23. Saka, 28. Lakazette, 60; 64.

3 yanvar

Bernli – Fulhem matçı təxirə salınıb

Nyukasl – Lester 1:2
Qol
: Kerrol, 82 – Meddison, 55. Tilemans, 72.

Çelsi – Mançester Siti 1:3
Qol
: Hadson-Odoi, 90+2 – İ.Gündoğan, 18. Foden, 21. De Breyne, 34.

4 yanvar

Sauthempton – Liverpul 1:0
Qol
: İnqs, 2.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 13 qol.