“Lill” Fransa çempionu oldu

Futbol üzrə Fransa Liqa 1-də mövsümün son turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün qarşılaşmalar eyni vaxtda keçirilib. Lider “Lill” son turda “Anje” səfərinə yollanıb. “Lill” bu turda qələbə qazansa, çempion olacaqdı. Üç qolun qeydə alındığı oyun məhz qonaqların qələbəsiylə yekunlaşıb. Nəticədə, “Lill” tarixində dördüncü dəfə Fransa çempionu olub. Turnir cədvəlinin ikinci sırasında yer alan PSJ “Brest”in qonağı olub. Parislilər də turu və mövsümü qələbə ilə başa vurublar. Amma PSJ ikinci yerlə kifayətlənib.

“Lion” doğma meydanda “Nitsa”ya uduzub. “Monako” isə çətin “Lans” səfərindən 1 xalla dönüb. “Marsel” də son turda “Mets”lə heç-heçəyə razılaşıb.

Beləliklə, yekunda “Lill” 83 xalla çempion olub. 82 xal toplamış PSJ gümüş mükafatçı olubsa, 78 xalı olan “Monako” üçüncülüklə kifayətlənib. Bu üç komanda Fransanı UEFA Çempionlar Liqasında təmsil edəcək.

76 xalı olan “Lion” və 60 xala malik “Marsel” dördüncü və beşinci pillələri tutmaqla Avropa Liqasına vəsiqə qazanıb. 58 xalla altıncı yeri tutan “Renn” isə Avropa Konfrans Liqasında mübarizə aparacaq.

21 xalla sonuncu yeri tutan “Dijon”, həmçinin 35 xalla 19-cu sırada qərarlaşan “Nim” elitanı tərk edib. 40 xalla 18-ci olan “Nant” isə Liqa 1-də qalmaq üçün aşağı liqadan gələn komanda ilə pley-off qarşılaşmasına çıxacaq.

Fransa Liqa 1, 38-ci tur

23 may

Anje – Lill 1:2
Qol
: Fulqini, 90+1 – David, 10. B.Yılmaz, 45+1-pen.

Brest – PSJ 0:2
Qol
: Favr, 37-öz qapısına. Mbappe, 71.

Lans – Monako 0:0

Lion – Nitsa 2:3
Qol
: Ekambi, 14; 40 – Dolberq, 27. Kamara, 70. Saliba, 57.

Mets – Marsel 1:1
Qol
: Bulaya, 90+6-pen – Milik, 90+13-pen.

Nant – Monpelye 1:2
Qol
: Kolo, 33 – Laborde, 30. Delor, 76.

Reyms – Bordo 1:2
Qol
: Ture, 15 – Adli, 44. Kvatenq, 58.

Renn – Nim 2:0
Qol
: Jirassi, 25. Buriqe, 51.

Strasburq – Loryan 1:1
Qol
: Diallo, 18 – Çaloba, 55.

Sent-Etyen – Dijon 0:1
Qol
: Kamara, 39.

Bombardir: Kilian Mbappe (PSJ) – 27 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button