“Qarabağ”ın rəqibi səfərdən qələbə ilə döndü

Futbol üzrə Fransa çempionatında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında lider PSJ doğma meydanda “Renn”i qəbul edib. Paris təmsilçisi bu oyundan son dəqiqə qolu ilə qalib ayrılıb.

Ötən turda PSJ ilə matçda darmadağın olan “Lill” bu dəfə çətin “Monpelye” səfərinə yollanıb və minimal hesabla qalib gəlib. “Lion” isə “Nitsa”nı qəbul edib və inamlı qələbəyə sevinib.

Turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib. “Monako” – “Loryan” matçında qapılara qol vurulmayıb. “Brest” “Trua”nı, “Nant” “Reyms”i, “Lans” isə “Bordo”nu məğlub yola salıb.

“Anje” doğma meydanda “Strasburq”a, “Klermon” da autsayder “Sent-Etyen”ə məğlub olub.

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi olan Marsel “Olimpik”i isə bu turda autsayderlər sırasında yer alan “Mets”in qonağı olub. Marsellilər bu oyundan çətin qələbə ilə ayrılıblar.

Fransa Liqa 1, 24-cü tur

11 fevral

PSJ – Renn 1:0
Qol
: Mbappe, 90+3.

12 fevral

Monpelye – Lill 0:1
Qol
: Xeka, 77.

Lion – Nitsa 2:0
Qol
: Dembele, 8. Ekambi, 52.

13 fevral

Monako – Loryan 0:0

Anje – Strasburq 0:1
Qol
: Qameyro, 11.

Brest – Trua 5:1
Qol
: Satriano, 7; 27. Honorat, 49; 67. Munye, 82 – Rami, 45.

Klermon – Sent-Etyen 1:2
Qol
: Hountondji, 39 – M.Kamara, 71. Kolodzeyçak, 82.

Nant – Reyms 1:0
Qol
: M.Simon, 17.

Lans – Bordo 3:2
Qol
: Kalimuendo, 10. Kakuta, 22. Fofana, 26 – Elis, 33. Huanq, 53.

Mets – Marsel 1:2
Qol
: Mayqa, 52 – Bakambu, 26. Milik, 82.

Bombardir: Vissam Ben Yedder (“Monako”) – 13 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button