“Lion” darmadağın oldu, “Marsel” xal itirdi

Fransa Liqa 1-də 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında “Monako” səfərdə “Loryan”la qarşılaşıb. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.

İlk turda xal itirən “Lill” bu dəfə “Nitsa”nı qəbul edib. Çempion bu dəfə doğma meydanda darmadağına üzülüb. Heyətini Lionel Messi ilə gücləndirən PSJ-nin rəqibi “Strasburq” olub. Altı qolun qeydə alındığı oyunda parislilər inamlı qələbəyə seviniblər.

Turun əksər görüşləri bazar gününə təsadüf edib. Lion “Olimpik”i səfərdə “Anje”yə böyük hesabla uduzub. Marsel “Olimpik”i isə “Bordo” ilə ev oyununda xal itkisi ilə üzləşib.

“Lans” – “Sent-Etyen”, “Reyms” – “Monpelye” və “Brest” – “Renn” görüşləri də heç-heçə yekunlaşıb. “Klermon” “Trua”nı, “Nant” da “Mets”i 2 cavabsız qolla məğlub edib.

Fransa Liqa 1, 2-ci tur

13 avqust

Loryan – Monako 1:0
Qol
: Moffi, 31-pen.

14 avqust

Lill – Nitsa 0:4
Qol
: Dolberq, 1; 64. Budaui, 5. Quiri, 45+1.

PSJ – Strasburq 4:2
Qol
: İkardi, 3. Mbappe, 25. Draksler, 27. Sarabiya, 86 – Qameyro, 53. Ayorke, 64.

15 avqust

Anje – Lion 3:0
Qol
: Bufal, 20. Marselo, 53-öz qapısına. Unahi, 77.

Brest – Renn 1:1
Qol
: Le Duaron, 90+1 – Jirassi, 84.

Klermon – Trua 2:0
Qol
: Bayo, 53; 65.

Nant – Mets 2:0
Qol
: Muani, 12. Blez, 49.

Reyms – Monpelye 3:3
Qol
: Kassama, 7; 26. Kebbal, 83 – Kotsa, 5. Delor, 38. Labord, 43.

Lans – Sent-Etyen 2:2
Qol
: Qanaqo, 36. Fofana, 77 – Xazri, 1. Buanqa, 52.

Marsel – Bordo 2:2
Qol
: C.Ünder, 34. Payet, 41 – Pembele, 51. Udin, 57.

Bombardir: Məhəmməd Bayo (“Klermon”), Dmitri Payet (“Marsel”) – 3 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button