PSJ-dən darmadağın

Futbol üzrə Fransa Liqa 1-də 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Renn” doğma meydanda “Brest”i qəbul edib və əzmkar qələbəyə sevinib. Lider PSJ isə “Nant” səfərindən darmadağınla qalib ayrılıb.

“Monako” bu turda “Bordo”nu sınağa çəkib və darmadağına sevinib. Cari mövsümdə uğurlu çıxış edən “Lill” isə Lion “Olimpik”i ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib. “Dijon” – “Loryan” matçı da heç-heçə bitib.

“Sent-Etyen” evdə “Monpelye”yə, “Anje” “Nitsa”ya, “Nim” isə “Mets”ə uduzub. “Reyms” də “Strasburq”la ev oyunundan qalib ayrılıb.

9-cu turun “Marsel” – “Lans” matçı təxirə salınıb.

Fransa Liqa 1, 9-cu tur

31 oktyabr

Renn – Brest 2:1
Qol
: Da Silva, 66. Aqerd, 70 – Honorat, 57.

Nant – PSJ 0:3
Qol
: A.Herrera, 47. Mbappe, 65. Sarabia, 88.

1 noyabr

Sent-Etyen – Monpelye 0:1
Qol
: Mavididi, 14.

Anje – Nitsa 0:3
Qol
: R.Lopes, 12. Melu, 23-pen. Budaui, 78.

Dijon – Loryan 0:0

Nim – Mets 0:1
Qol
: Queye, 15.

Reyms – Strasburq 3:1
Qol
: Kamara, 22-öz qapısına. Faes, 27 – Ayorke, 30-pen.

Monako – Bordo 4:0
Qol
: Ben Yedder, 28. Martins, 30. Volland, 31; 58.

Lill – Lion 1:1
Qol
: Bamba, 22 – Z.Çelik, 41-öz qapısına.

Bombardir:Kilian Mbappe (PSJ) – 7 qol.