“Lion” “Monako”ya səfərdə qalib gəldi

Futbol üzrə Fransa çempionatında 35-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Avrokuboklar uğrunda mübarizə aparan “Marsel” doğma meydanda “Strasburq”u qəbul edib. Komandalar bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Lider “Lill” bu turda “Nitsa”nı, PSJ isə “Lans”ı sınağa çəkib. Paris təmsilçisi çətin qələbəyə sevinib. “Lill” isə türkiyəli futbolçularının vurduğu iki qolla inamlı qələbə qazanıb.

Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Nim” – “Reyms” matçı heç-heçə bitib. “Bordo” “Renn”i, “Loryan” “Anje”ni məğlub yola salıb.

Qalan görüşlər isə meydan sahiblərinin məğlubiyyəti ilə bitib. “Brest” evdə “Nant”a, “Dijon” da “Mets”ə böyük hesabla uduzub. “Monpelye” də “Sent-Etyen”lə ev oyunundan məğlub ayrılıb.

Turun mərkəzi görüşü Monakoda keçirilib. Ardıcıl beş oyundur qələbə qazanan “Monako”nun bu dəfəki rəqibi “Lion” olub. Beş qolun qeydə alındığı bu oyun da qonaqların qələbəsiylə yekunlaşıb.

Fransa Liqa 1, 35-ci tur

30 aprel

Marsel – Strasburq 1:1
Qol
: Benedetto, 86 – Mitroviç, 73.

1 may

PSJ – Lans 2:1
Qol
: Neymar, 33. Markinyos, 59 – Qanaqo, 61.

Lill – Nitsa 2:0
Qol
: B.Yılmaz, 13. Z.Çelik, 56.

2 may

Bordo – Renn 1:0
Qol
: Mara, 11.

Brest – Nant 1:4
Qol
: Fevr, 83 – Simon, 15. Blas, 27. Luza, 56. Kulibali, 62.

Dijon – Mets 1:5
Qol
: Balde, 48 – Queye, 37. Sarr, 42. Şafik, 71-öz qapısına. Vaqner, 82. Bronn, 85.

Loryan – Anje 2:0
Qol
: Vissa, 44-pen. Lemoyne, 48.

Nim – Reyms 2:2
Qol
: Ripar, 47. Kone, 71 – Mbuku, 30. Flips, 80.

Monpelye – Sent-Etyen 1:2
Qol
: Delor, 6 – Hamuma, 16. Debuşi, 50.

Monako – Lion 2:3
Qol
: Folland, 25. Ben Yedder, 86-pen – Depay, 57. Marselo, 77. Çerki, 89.

Bombardir: Kilian Mbappe (PSJ) – 25 qol.