“Lill” Lion səfərindən də qələbə ilə döndü

Futbol üzrə Fransa çempionatında 34-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Avrokuboklar uğrunda mübarizə aparan “Marsel” səfərdə “Reyms”in qonağı olub. Üç qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb.

PSJ bu turda səfərdə “Mets”lə qarşılaşıb və inamlı qələbəyə sevinib. Günün digər oyununda “Sent-Etyen” evdə “Brest”ə uduzub.

Turnir cədvəlinin 3-cü sırasında yer alan və çempionluq mübarizəsi aparan “Monako”nun bu turdakı rəqibi “Anje” olub. Sözügedən komandaya səfərdə qələbə üçün bir qol bəs edib. Turun mərkəzi görüşündə “Lion” lider “Lill”i qəbul edib. Beş qolun qeydə alındığı, Türkiyə millisinin hücumçusu Burak Yılmazın dubla imza atdığı oyunda qonaqlar çətin və əzmkar qələbəyə seviniblər.

Fransa Liqa 1, 34-cü tur

23 aprel

Reyms – Marsel 1:3
Qol
: Mbuku, 38 – Payet, 41; 76. Milik, 45+1.

24 aprel

Sent-Etyen – Brest 1:2
Qol
: Xazri, 11 – Şarbonye, 66; 79.

Mets – PSJ 1:3
Qol
: Kentonze, 46 – Mbappe, 4; 59. İkardi, 89.

25 aprel

Nitsa – Monpelye 3:1
Qol:
Budaui, 6. Todibo, 39. Maurise, 40 – Labord, 3.

Lans – Nim 2:1
Qol
: Qanaqo, 17. Haydara, 76 – Z.Ferhat, 52.

Loryan – Bordo 4:1
Qol
: Vissa, 18. Moffi, 20; 43; 80 – Sissoko, 83.

Renn – Dijon 5:1
Qol
: Terrye, 15; 70. Tait, 71. Nyamsi, 80. Qrenye, 90+1 – Benzia, 8.

Strasburq – Nant 1:2
Qol
: Ayorke, 43 – Kastelletto, 53. Blez, 76.

Anje – Monako 0:1
Qol
: Ben Yedder, 79.

Lion – Lill 2:3
Qol
: Slimani, 20. Fonte, 35-öz qapısına – B.Yılmaz, 45+1; 85. David, 60.

Bombardir: Kilian Mbappe (PSJ) – 25 qol.