“Marsel”dən inamlı qələbə

Futbol üzrə Fransa Liqa 1-də 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Açılış matçında “Monako” doğma meydanda “Mets”lə qarşılaşıb və darmadağına sevinib.

Turun mərkəzi görüşü Parisdə keçirilib. Burada lider PSJ eyni xalla 2-ci sırada qərarlaşan “Lill”i qəbul edib. Qonaqlar bu oyunda minimal hesabla qalib gəliblər. Turnir cədvəlinin 3-cüsü “Lion”un rəqibi isə “Lans” olub. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.

Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Anje” – “Monpelye” və “Reyms” – “Renn” matçlarında qalib müəyyənləşməyib. “Bordo” doğma meydanda “Strasburq”a, “Nant” “Nitsa”ya, “Nim” isə “Sent-Etyen”ə uduzub. “Loryan” “Brest”i, Marsel “Olimpik”i də “Dijon”u məğlub yola salıb.

Fransa Liqa 1, 31-ci tur

3 aprel

Monako – Mets 4:0
Qol
: Fabreqas, 50. Folland, 52. Ben Yedder, 77; 89.

PSJ – Lill 0:1
Qol
: David, 20.

Lans – Lion 1:1
Qol
: Klauss, 65 – Paketa, 81.

4 aprel

Anje – Monpelye 1:1
Qol
: Bahoken, 72 – Mavididi, 47.

Bordo – Strasburq 2:3
Qol
: Baysse, 36. Huanq, 45+1-pen – Kone, 6. Diallo, 21. Ayorke, 30-pen.

Loryan – Brest 1:0
Qol
: Abergel, 45.

Nant – Nitsa 1:2
Qol
: Ture, 32 – Dolberq, 11-pen; 29.

Reyms – Renn 2:2
Qol
: Dia, 60. Konan, 81 – Jirassi, 75-pen; 83.

Nim – Sent-Etyen 0:2
Qol
: Xazri, 23. Buanqa, 66.

Marsel – Dijon 2:0
Qol
: Balerdi, 45+1. Alvaro, 79.

Bombardir: Kilian Mbappe (PSJ) – 20 qol.