PSJ Liondan qələbə ilə döndü, zirvəyə yüksəldi

Futbol üzrə Fransa Liqa 1-də 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Açılış matçında “Monako” səfərdə “Sent-Etyen”lə qarşılaşıb. Qonaqlar bu oyundan darmadağınla ayrılıb.

“Mets” “Renn”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb. “Nitsa” isə Marsel “Olimpik”ini sınağa çəkib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.

Lider “Lill” bu turda doğma meydanda autsayderlər qrupunda yer alan “Nim”i qəbul edib və məğlubiyyətlə üzləşib. Turun mərkəzi görüşündə turnir cədvəlinin ikincisi PSJ səfərdə ən yaxın izləyicisi “Lion”la qarşılaşıb. Paris təmsilçisi səfərdən qələbə ilə dönüb.

Fransa Liqa 1, 30-cu tur

19 mart

Sent-Etyen – Monako 0:4
Qol
: Yovetiç, 13. Tçuameni, 55. Diop, 64. Duiatta, 75.

20 mart

Mets – Renn 1:3
Qol
: Yade, 90 – Doku, 18. Terrye, 38-pen. Jirassi, 88.

Nitsa – Marsel 3:0
Qol
: Turam, 34. Quiri, 74. Maurisie, 90+1.

21 mart

Strasburq – Lans 1:2
Qol
: Belleqarde, 20 – Haydara, 5. Fofana, 40.

Brest – Anje 0:0

Dijon – Reyms 0:1
Qol
: Dia, 50.

Monpelye – Bordo 3:1
Qol
: Sambia, 35. Laborde, 58. Mavididi, 69 – Huanq, 28.

Nant – Loryan 1:1
Qol
: Kolo, 2 – Loryente, 87.

Lill – Nim 1:2
Qol
: Xeka, 20 – Kone, 12. Ripar, 45.

Lion – PSJ 2:4
Qol
: Slimani, 62. Korne, 81 – Mbappe, 15; 52. Danilo, 32. Di Mariya, 47.

Bombardir: Kilian Mbappe (PSJ) – 20 qol.