“Lill” doğma meydanda xal itirdi

Futbol üzrə Fransa çempionatında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Renn” komandası doğma meydanda “Nitsa”nı qəbul edib. Üç qolun qeydə alındığı matçda qonaqlar qələbəyə seviniblər.

PSJ bu turda “Dijon”un qonağı olub və darmadağına sevinib. “Bordo” isə evdə “Mets”ə uduzub.

“Monako” “Brest”i sınağa çəkib və doğma meydanda inamlı qələbəyə sevinib. Lider “Lill”in rəqibi isə “Strasburq” olub. Meydan sahibləri bu oyundan xal itkisi ilə ayrılıblar. Turun mərkəzi görüşündə “Marsel” doğma meydanda “Lion”la qarşılaşıb. Bu oyun da heç-heçə yekunlaşıb.

Fransa Liqa 1, 27-ci tur

26 fevral

Renn – Nitsa 1:2
Qol
: Terrye, 39 – Quiri, 19-pen. Daniliu, 58.

27 fevral

Bordo – Mets 1:2
Qol
: Kalu, 14 – Dileyni, 72. Vaqner, 90+1.

Dijon – PSJ 0:4
Qol
: Kin, 6. Mbappe, 32-pen; 51. Danilo, 82.

28 fevral

Monako – Brest 2:0
Qol
: Yovetiç, 76. Folland, 90.

Anje – Lans 2:2
Qol
: Dioni, 5. Manqani, 10-pen – Klauss, 22. Kalimuendo, 90+1.

Loryan – Sent-Etyen 2:1
Qol
: Loryente, 66; 86 – Mukudi, 14.

Nim – Nant 1:1
Qol
: Kone, 76 – Blez, 27.

Reyms – Monpelye 0:0

Lill – Strasburq 1:1
Qol
: Fonte, 86 – Ayorke, 36.

Marsel – Lion 1:1
Qol
: Milik, 44-pen – Ekambi, 21.

Bombardir: Kilian Mbappe (PSJ) – 18 qol.