“Lion” 3 xalı 5, “Lill” 1 qolla qazandı

Futbol üzrə Fransa çempionatında 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Lider PSJ doğma meydanda “Monpelye”ni qəbul edib. Paris təmsilçisi bu oyunda 4 cavabsız qola sevinib.

“Lans” evdə “Nitsa”ya minimal hesabla uduzub. Turun mərkəzi görüşündə “Monako” doğma meydanda “Marsel”lə münasibətlərinə aydınlıq gətirəcək.

“Lion” bu turda “Sent-Etyen”in qonağı olub və 5 cavabsız qolla qalib gəlib. “Lill” isə “Renn”in qonağı olub və minimal hesabla üstün olub.

Bu tur keçirilməli olan “Nim” – “Loryan” matçı “Loryan”ın bir neçə futbolçusunda koronavirus aşkarlandığı üçün tərixə salınıb.

Fransa Liqa 1, 21-ci tur

22 yanvar

PSJ – Monpelye 4:0
Qol
: Mbappe, 34; 63. Neymar, 60. İkardi, 61.

23 yanvar

Lans – Nitsa 0:1
Qol
: Atal, 49.

Monako – Marsel 3:1
Qol
: Maripan, 47. Tçuameni, 75. Yovetiç, 90+2 – Radonyiç, 12.

24 yanvar

Bordo – Anje 2:1
Qol
: Huanq, 8; 11 – Fulqini, 39.

Dijon – Strasburq 1:1
Qol
: Kulibali, 63 – Ayorke, 51.

Mets – Nant 2:0
Qol
: Leya, 35. Bulaya, 90+3.

Reyms – Brest 1:0
Qol
: Mbuku, 40.

Renn – Lill 0:1
Qol
: David, 16.

Sent-Etyen – Lion 0:5
Qol
: Kadevere, 16; 68. Marselo, 36; 59. Buanqa, 82-öz qapısına.

Bombardir: Kilian Mbappe (PSJ) – 14 qol.