“Monako” və “Marsel”dən səfər qələbəsi

Futbol üzrə Fransa Liqa 1-də 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış turunda oynamayan “Lion” yeni mövsümdəki ilk matçında doğma meydanda “Dijon”u qəbul edib. Beş qolun qeydə alındığı matç lionluların qələbəsiylə başa çatıb.

“Renn” doğma meydanda “Monpelye” üzərində qələbəyə sevinib. Səfərdə “Strasburq”la üz-üzə gələn “Nitsa” da turu inamlı qələbə ilə başa vurub.

Son oyun günündə altı qarşılaşma baş tutub. “Nant” “Nim”i, “Sent-Etyen” “Loryan”ı məğlub yola salıb.

“Lill” səfərdə “Reyms”i minimal hesabla üstələyibsə, “Monako” da “Mets”ə oxşar hesabla qalib gəlib. Səfərdə “Anje” ilə qarşılaşan “Bordo” inamlı qələbəyə sevinib. Beş qolun qeydə alındığı “Brest” – “Marsel” matçında da qonaqlar qələbəni bayram ediblər.

Bu tur keçirilməli olan “Lans” – PSJ matçı təxirə salınıb. Qarşılaşma sentyabrın 10-da oynanılacaq.

Fransa Liqa 1, 2-ci tur

28 avqust

Lion – Dijon 4:1
Qol
: Depay, 39-pen; 45+1; 65-pen. Lautoa, 45-öz qapısına – Şeydler, 14.

29 avqust

Renn – Monpelye 2:1
Qol
: Le Tallek, 22-öz qapısına. Kamavinqa, 77 – Labord, 90+1.

Strasburq – Nitsa 0:2
Qol
: Dolberq, 37; 59.

30 avqust

Reyms – Lill 0:1
Qol
: Bamba, 32.

Anje – Bordo 0:2
Qol
: Maya, 25. Basiç, 27.

Mets – Monako 0:1
Qol
: Badiaşile, 22.

Nant – Nim 2:1
Qol
: Jirotto, 11. Louza, 27 – Z.Ferhat, 57.

Sent-Etyen – Loryan 2:0
Qol
: Hamuma, 19; 51.

Brest – Marsel 2:3
Qol
: Fayvr, 45+1. Karbonye, 89 – Toven, 20. Çaleta-Çar, 27; 80.

Bombardir: Memfis Depas (Lion) – 3 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button